Əhməd Davudoğlu AŞPA-da çıxış edəcək


13:15     19 Aprel 2016 davudoglu7.jpg

Türkiyənin baş naziri Əhməd Davudoğlu Strasburqa səfərə gəlib.


Femida.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, səfərdə Baş naziri Türkiyənin Avropa İttifaqı işləri üzrə naziri Volkan Bozkır və XİN rəhbəri Mövlud Çavuşoğlu müşayiət edirlər.

Səfər çərçivəsində Əhməd Davudoğlu Avropa Şurası Parlament Assambleyasının prezidenti Pedro Aqramunt, Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker, Avropa Şurasının baş katibi Torbyorn Yaqland və Avropa İnsan Hüquqları Məhkəməsinin sədri Quido Raymondi ilə görüşəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 744