Erməni general öldürülüb
21:17 19 Aprel 2016
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində erməni təxribatının qarşısının alınması zamanı Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini general-leytenant Movses Akopyan öldürülüb və ya ölüm ayağındadır.
Femida.az Trend-ə istinadən xəbər verir ki, M.Akopyanın daimi xidmət yeri işğal edilmiş Dağlıq Qarabağ olub.
Onun koordinatları pilotsuz uçuş aparatı vasitəsilə müəyyənləşdirilib və nəzarətə götürülüb.
Azərbaycan Ordusu M.Akopyanı, eləcə də digər yüksək rütbəli erməni zabitlərini, Cəbrayıl istiqamətində işğalçı qüvvələrin qərargahını məhv edə bilib.
Bu günlərdə Ermənistan prezidenti Serj Sarkisyanın gəldiyi Xankəndində keçirilmiş iclasda M.Akopyanın və Ermənistan ordusunun digər yüksək rütbəli zabitlərinin olmaması da bunu təsdiq edir.
Oxunub: 9626
Oxşar xəbərlər
- Ermənistandan Azərbaycana gələnlərin sayı açıqlanıb
- Ermənilərin törətdiyi terrordan 26 il ötür
- Ermənistan daha bir əsgərini itirdi
- Ermənistanı ağır il gözləyir
- Erməni əsgər boğulub öldü
- Erməni əsgər xidmət yoldaşı tərəfindən döyüldü
- Ermənilərin cəmi 9 faizi Sarkisyana inanır - VİDEO
- Erməni deputat: `Münaqişənin həlli Minsk qrupundan asılıdır`
- Ermənistanda yanacaq bahalaşdı
- Ermənistanda partlayış