Məşhur azərbaycanlı həkim vəhşicəsinə döyüldü


00:49     20 Aprel 2016 doyulduuu%20vehsicesein.jpg

Rusiyada naməlum şəxslər tərəfindən vəhşicəsinə döyülərək ağır xəsarətlər almış Ufa Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutu cərrahiyyə şöbəsinin aparıcı elmi əməkdaşı, göz cərrahı Emin Usubovun şəxsiyyəti ilə bağlı bəzi təfərrüatlar məlum olub.


Femida.az xəbər verir ki, zərərçəkənin yaxınlarının virtualaz.org saytının Şirvan bürosuna verdikləri məlumata görə, Emin əslən Salyan şəhərindəndir.Ufada 2012-ci ildən yaşayır.

Azərbaycanda Tibb Universitetini bitirdikdən sonra Ufa Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitununda aspiranturiya qəbul olunub və orada dissertasiya müdafiə edərək elmlər namizədi dərəcəsi alıb.

O, rus millətindən olan xanımla ailə qurub, 8 yaşlı bir qızı da var. İşlədiyi müddətdə böyük elmi uğurlar qazanmış Emin Usubov 4 patentin müəllifidir.

Həkim yoldaşları Emini həm də xeyirxah bir insan kimi tanıdıqlarını deyərək, onun kiməsə nədəsə pislik etdiyini ağıllarına gətirə bilmədiklərini bildiriblər.

Artıq həkimin Bakıda yaşayan valideynləri ağır vəziyyətdə olan övladlarının yanındadırlar.

Femida.az

Açar sözlər:

Oxunub: 592