Sərkisyan Qarabağın qaytarılması ilə bağlı müraciət edəcək


00:35     21 Aprel 2016 sarkisyan-yigdi9.jpg

Ermənistan Prezidenti Serj Sarkisyan Qarabağın qaytarılması ilə bağlı xalqa müraciət edəcək.


Femida.az xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti yazıb.

Qəzet qeyd edir ki, Qarabağ münaqişəsinin nizama salınması ətrafında gizli və sürətli proseslər gedir: “Ermənistan və Azərbaycan mediasında Vladimir Putinin münaqişənin həllini birbaşa nəzarətə götürməsi haqda məlumatlar yazırlar. Gözləntilərə görə, yaxın günlərdə aktiv danışıqlar başlanacaq. Məlumatlar var ki, Serj Sarkisyan Dağlıq Qarabağa da buna görə səfər edib və ərazilərin qaytarılması məsələsini müzakirə edir. Yaxın günlərdə Sərkisyanın bununla bağlı xalqa müraciət edəcəyi gözlənlir”, - deyə qəzet yazıb.

Qəzet ekspertlərin fikrinə istinad edərək qeyd edir ki, Sarkisyan bu müraciətdə münaqişənin həlli variantlarını və ərazilərin qaytarılması məsələsindən bəhs edəcək. Belə ki, o, münaqişənin həlli ilə bağlı güzəştə getmək üçün xalqı inandırmağa məcburdur.

Açar sözlər:

Oxunub: 4427