Pan Gi Munun Bakı səfəri təxirə düşdü - TƏCİLİ
18:24 21 Aprel 2016
BMT baş katibi Pan Gi Munun aprelin sonunda Cənubi Qafqaz regionuna planlaşdırılan səfəri təxirə salınıb.
Femida.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bunu BMT-nin ictimaiyyətlə informasiya idarəsinin rəhbəri Armin Halacyan baş katibin mətbuat katibi Stefan Dyujarrikə istinadən bildirib.
“Dyujarrik dedi ki, baş katib regiona səfər etməyi çox istəyirdi, lakin təcili səbəblər üzündən bu günlərdə başqa yerdə olmalıdır. Cənubi Qafqaz respublikalarına səfərin vaxtı yenidən nəzərdən keçiriləcək”, - deyə o vurğulayıb.
BMT-nin Bakıdakı ofisi səfərin təxirə salınması ilə bağlı xəbəri təsdiqləyib.
Qeyd edək ki, BMT baş katibinin Bakıda Sivilizasiyalar Alyansının 7-ci qlobal forumunda iştirakı planlaşdırılırdı.
Oxunub: 1640
Oxşar xəbərlər
- Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana gəlib
- Pan Gi Mun Bakıya gəlib
- Pan Gi Mun prezidentlik fikrindən daşındı
- Pan Gi Munun qardaşına qarşı rüşvət ittihamı
- Pan Gi Mun 200 min dollar rüşvət alıb?
- Pan Gi Mundan önəmli çağırış
- Pan Gi Mun Trampla telefonda danışdı
- Pan Gi Mun Rusiya və ABŞ-a səsləndi
- Pan Gi Munun köməkçisi `ASAN Xidmət`i nümunə göstərdi
- Pan Gi Munun Bakı müraciəti: `Birgə çalışa bilərik`