Pan Gi Munu kim əvəz edəcək?


20:42     21 Aprel 2016 ban_ki_moon_708.jpg

Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Munun on illik fəaliyyət müddəti başa çatır.


Femida.az xəbər verir ki, postu tutmaq üçün namizədlərin seçimi artıq başlayıb. Bu postu tutmaq istəyənlər çərşənbə axşamından cümə axşamına kimi 193 ölkənin iştirak etdiyi BMT-nin plenar iclasında öz namizədliklərini irəli sürüblər.

Oktyabr ayının əvvəlində seçiləcək BMT-nin növbəti baş katibinin qadın olacağı gözlənilir. Bu da namizədlərin əksəriyyətinin qadın olması ilə bağlıdır.

Məsələn Bolqarıstan Xarici İşlər Nazirliyi bu məqsədlə BMT-yə məktub göndərib və ölkəsinin bu vəzifə üçün seçdiyi namizədin İrina Bokova olduğunu bildirib

Avropa Birlyinin büdcə məsələləri üzrə komissarı, bolqarıstanlı Kristalina Giorgievna da namizədliyini irəli sürüb.

BMT-nin İnkişaf Proqramının hazırkı rəhbəri və Yeni Zellandiyanın sabiq baş naziri Helen Klark da özünü iddialı namizədlərdən sayır. O, 9 il müddətinə Yeni Zellandiyanın hökumət başçısı funksiyasını da yerinə yetirib.

2013- 2016- ci illərdə Moldaviyanın xarici işlər naziri kimi çalışmış Natalia Qerman bu yüksək post üçün əsas namizədlərdəndir.

Qaçqınlar üzrə BMT- yüksək kommisarı Portuqaliyalı Antonio Guterres , 2007-2012 ci illərdə Serbiyanın xarici işlər naziri olmuş Vuk Yeremic, Makedoniyanın xarici işlər naziri Srqyan Kerim, ən gənc namizəd, Monteneqrolu xarici işlər naziri İqor Luksik, Xorvatiyanın xarici işlər naziri Vesna Pusik, Sloveniyanın eks prezidenti Danilo Türk də əsas namizədlər hesab edilir.

Qeyd edək ki, BMT-nin baş katibi 44.000 işçisi olan bir idarə qurumuna rəhbərlik edir. Bununla belə onun səlahiyyətləri bəzən məhdudlaşır. BMT-nin təhlükəsizlik şurası onun ən güclü qurumudur. Baş katibliyin səlahiyyətliliyi dövrü məhdud olmasa da bu postu 2 dəfədən artıq tutan olmayıb.

Vüsal Abbaszadə
Femida.az

Açar sözlər:

Oxunub: 1041