Erməni əsgərlər bir-birini güllələdi - Ölənlər var


18:14     22 Aprel 2016 ermeni%20esger97.jpg

Aprelin 21-də Ermənistan ordusunun iki hərbçisi öz yoldaşları tərəfindən öldürülüb.


Femida.az “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Məlumata görə, Ermənistan ordusunun Bareyan soyadlı əsgəri öz xidmət yoldaşı Spartak Kalaşyanı avtomatdan açdığı atəşlə öldürüb. İstintaq Komitəsi hadisənin ehtiyatsızlıqlan baş verdiyini deyib.

Ermənistan ordusunda baş verən ikinci insident zamanı sıravi P.Yeqoryan UAZ markalı avtomobildən avtomat silahla atəş açaraq müddətli hərbi qulluqçu Karen Aqabekyanı vurub.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Bareyan və Yeqoryan saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 2100