ABŞ-da silahlı insident: Ölənlər var


13:14     23 Aprel 2016 abs%20pilis4.jpg

ABŞ-ın Corciya ştatının Kolumbiya dairəsində ard-arda baş verən iki silahlı insident nəticəsində 5 nəfər ölüb.


Bu barədə Femida.az `RİA Novosti` agentliyinə istinadən xəbər verir.

Məlumata əsasən ölənlərdən 4-ü hadisə yerində, bir nəfər isə xəstəxanaya aparılarkən yolda keçinib. Ölənlərin şəxsiyyətləri hələ ki, müəyyənləşdirilməyib.

Hazırda polis cinayəti törətməkdə şübhəli bilinən şəxsi axtarır. İnsidentin digər detalları hələ ki, məlum deyil.

Açar sözlər:

Oxunub: 1234