İrəvanı niyə partlatdılar? - SƏBƏB


20:20     26 Aprel 2016 IMG_96630.JPG

“Əslində bu terrordan yararlanmaq istəyənlərin məqsədi Ermənistanı “terror qurbanı” kimi göstərməkdir”.


Bu sözləri Femida.az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu deyib.

Analitikin fikrincə, yaxın günlərdə hansısa ölkənin adı çəkiləcək:

“İrəvanda avtobusun partlaması və bunun nəticəsində 2 nəfərin ölümü və xeyli sərnişinin yaralanması Ermənistan hakimiyyətində, parlamentində və cəmiyyətində ciddi suallar yaradıb. Əsas sual budur ki, “cəbhə bölgəsində vəziyyətin gərginləşməsi fonunda İrəvanda terror aksiyasının arxasında kim dayanır?” İndi bu sual ətrafında başlarını sındırırlar, hələ ki, konkret ad çəkmirlər, ancaq yaxın günlərdə hansı ölkənin adını tələffüz edəcəkləri sirr deyil. Əslində bu terrordan yararlanmaq istəyənlərin məqsədi Ermənistanı “terror qurbanı” kimi göstərməkdir. 1999-cu ildə Ermənistan parlamentinin gülləbaran edilməsi və nəticədə öldürülən siyasi fiqurların əvəz edilməsi kim(lər)in planı idisə, dünənki partlayışın arxasında da eyni güclər dayanır. “İrəvanda avtobusun partladılması kim(lər)ə sərf edir” sualının cavabını da məhz bu istiqamətdə axtarmaq lazımdır, məşhur filmdə deyildiyi kimi, “yenə eyni dalğa və eyni koordinat””.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 1908