İki avtomobil toqquşub, yaralılar var


16:05     29 Aprel 2016 1435647762_baki-quba-yolunda-avtomobil-qezasi-bash-verib2.jpg

Şəkidə bu gün saat 09:10-da yol qəzası baş verib.


Femida.az xəbər verir ki, qəza Qaraməryəm-İsmayıllı-Şəki yolunun 134-cü km-də meydana gəlib. Bakı sakini Nüsrət Allahverdiyevin idarə etdiyi "Volkswagen Passat" markalı avtomobil Şəki istiqamətində hərəkət edən zaman qarşıdan gələn Şəki şəhər Baltalı kənd sakini Azər Həşimovun idarə etdiyi "Hyundai Accent" markalı avtomobillə toqquşub. Nəticədə "Hyundai Accent"in sürücüsü Azər Həşimov xəsarət alıb. Azər Həşimov dərhal Şəki RMX-ya çatdırılıb. Qəza zamanı hər iki avtomobilə də ciddi ziyan dəyib. Hazırda qəzanın dəqiq səbəblərini müəyənləşdirmək istiqamətində hadisə ilə bağlı DYPB tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 923