Daha bir yol təmirə bağlanır
15:59 30 Aprel 2016
Aparılan təmir işləri ilə əlaqədar 30 aprel tarixindən etibarən Azadlıq prospektinin Ziya Bünyadov prospekti ilə kəsişməsində yerləşən avtomobil tunelinin girişindən Cəfər Xəndan küçəsinin kəsişməsinədək olan hissəsində bir istiqamət üzrə ( M.Ə.Rəsulzadə qəsəbəsinə doğru olan istiqamət ) avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılır.
“Azəravtoyol”dan Femida.az-a verilən məlumata görə, məhdudlaşdırma təmir işləri bitənədək tətbiq olunacaq.
Bu müddət ərzində sürücülərdən xahiş olunur ki, mümkün qədər hərəkət istiqamətlərinə uyğun alternativ yollar seçsinlər.
Qeyd edək ki, əks istiqamətdə üzrə, yəni Azadlıq prospektindən Ziya Bünyadov prospektinə doğru isə avtonəqliyyat vasitələrinin hərəkətində hər-hansı bir məhdudlaşdırma tətbiq edilmir.
Femida.az
Oxunub: 1401
Oxşar xəbərlər
- Daha bir avtobus qəzası - Piyada öldü
- Daha bir yol yenidən qurulur
- Daha bir yaşlı insanı maşın vurub
- Daha bir piyada ölümü - `20 Yanvar`da
- Daha bir Nəqliyyat Mübadilə Mərkəzi yaradılıb
- Daha bir metro stansiyası təmirə bağlanır
- Daha 3 rayonda ASAN Xidmət açılacaq
- Daha bir ölkə səfirliyini Qüdsə köçürdü
- Daha bir küçə təmirə bağlanır
- Daha bir jurnalist vaxtsız vəfat etdi