Bu günün qəhrəmanları -VİDEO


00:02     18 İyun 2015 e01171e6957835003e49ed2a64a5900d3.jpg

Bu gün Bakı-2015 Avropa Oyunlarında sərbəst güləşçilərin mübarizəsinə start veriləcək.


Femida.az saytının məlumatına görə, yarışın ilk günündə 4 çəki dərəcəsinin qalibləri bəlli olacaq.

Güləş
Kişilər, sərbəst


65 kq
Olimpiya çempionumuz Toğrul Əsgərov ilk mərhələdən yarışa start verib. O, 1/8 finala yüksəlmək üçün rusiyalı İlyas Bekbulatovla üz-üzə gəlib və çətin qələbə qazanıb. Həmyerlimiz 8:2 hesabı ilə öndə olsa da, yekunda Bekbulatovu 8:7 hesabı ilə məğlub edib. Təmsilçizim 1/8 finalda moldovalı Mixail Sava ilə gücünü yoxlayıb. Toğrul rəqibini çempionluq mübarizəsindən kənarlaşdırmaqda ciddi müqavimətlə üzləşməyib. O, görüşü təmiz qələbə ilə aktivinə yazıb - 10:0.

Əsgərov 1/4 finalda fransalı Maksim Fique ilə güləşib. Döyüşü vaxtından əvvəl xeyrinə bitirən (10:0) Olimpiya çempionumuz yarımfinala vəsiqə qazanıb.Yarımfinalda o Belarus idmançısına qalib gəlib.

***
97 kq
Avropa və dünya çempionumuz Xetaq Qazyumovun ilk sınağı təsnifat mərhələsinə təsadüf edib. Güləşçimiz öncə Radoslav Baranla (Polşa) qüvvəsini sınayıb. Rəqibinə çətin anlar yaşadan Xetaq qarşılaşmanı vaxtından əvvəl xeyrinə bitirib - 10:0. Qazyumov 1/8 finalda moldovalı Nikolay Çebanla qarşılaşıb və yenə də inamlı qələbə qazanıb - 4:0. Avropa çempionumuz yarımfinala gedən yolda belaruslu İbrahim Saidovu xalçaya dəvət edib. Daima formada olan milliləşdirilmiş legionerimiz bu rəqibinə də yerini göstərib - 2:1.

Qazyumov yarımfinalda Abdusalam qadisovla üz-üzə gələcək.


***57 kq
Bu çəkidə ölkəmizi təmsil edən Yaşar Əliyev mübarizəyə 1/8 finaldan başlayıb. Avropa çempionatının bürünc medalçısı ilk qarşılaşmasında fransalı Zoheir El Ouarraqe ilə münasibətinə aydınlıq gətirib. Həmyerlimiz rəqibini asanlıqla məğlub edib - 9:4. Lakin onu 1/4 finalda ciddi sınaq gözləyir. Əliyev Ermənistan Qarik Barsekyanla qarşılaşır.İdmançımız 10-6 hesabı ilə qalib gəlib

*** Təmsilçimiz yarımfinalda Viktor Lebedovla (Rusiya) münasibətlətinə aydınlıq gətirib. Təəssüf ki, Əliyev uğrunun ardını gətirə bilməyib və 1:3 hesabı ilə uduzub. Güləşçimiz bürünc medal uğrunda çıxışını davam etdirəcək.

***74 kq
İkiqat Avropa çempionumuz Cəbrayıl Həsənov da Əliyev kimi yarışa ikinci mərhələdən qatılıb. O, 1/8 finalda Mihali Haqi (Macarıstan) ilə güləşdə 10-0 hesabı ilə qalib gəlib.

Taekvondo
Kişilər

68 kq
Təmsilçimiz Ayxan Tağızadə yarışa ilkin mərhələdən başlayıb. Sloveniyalı Yure Pantarla döyüşən həmyerlimiz rəqibinə heç bir şans verməyib - 11:3. Ayxan 1/4 finalda London-2012-nin qalibi, ikiqat dünya və ikiqat Avropa çempionu Xoel Qonzales Bonilla (İspaniya) ilə üz-üzə gəlib. 19 yaşlı idmançımız təcrübəli rəqib qarşısında layiqli mübarizə aparıb. Hücumda dəqiq, müdafiədə diqqətli olan Tağızadə 7:5 hesabı ilə qalib gələrək, yarımfinalda iştirak hüququ qazanıb.

"Neftçi İdman Klubu"nun üzvü finala gedən yolda Aleksey Denisenko ilə döyüşüb. Tağızadə əvvəlki qarşılaşmalarında olduğu kimi bu dəfə də inamlı təsir bağışlayıb. Həmyerlimiz rəqibinin Avropa və dünya çempionatının, həmçinin Olimpiya Oyunlarının mükafatçısı olmasına baxmayaraq, çəkinmədən mübarizə aparıb və onu üstələyib - 7:5.




Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 2531