İŞİD-çilər polis maşınını gülləbaran etdilər: 9 ölü


15:45     08 May 2016 558e46f66c05145fb7206d6d333b89c7.jpg

Qahirənin ətrafında xidməti avtomobilə silahlı hücum nəticəsində 9 polis əməkdaşı həlak olub.


Femida.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident Heluanə rayonunda şəhər xəstəxanasının yaxınlığında baş verib. Naməlum şəxslər avtomobili saxlayaraq polis maşınını gülləbaran ediblər.

Hadisənin şahidləri silahlılara məxsus avtomobilin üzərində İŞİD terror qruplaşmasının nişanı olduğunu bildiriblər.

Femida.az

Açar sözlər:

Oxunub: 930