İŞİD-çilər saqqallarını qırxıb - canlarını qurtarmaq üçün


02:29     27 Oktyabr 2016 18091.jpg

İŞİD terror qruplaşmasının Mosuldakı üzvləri dinc əhalidən seçilməmək üçün saqqallarını qırxırlar.


“RİA Novosti”nin yaydığı xəbərə görə, bu barədə şəhər sakinləri danışıblar.

Onların sözlərinə görə, silahlılar snayperlərin hədəfinə çevrilməmək və şəhəri asan tərk etmək üçün xarici görünüşlərini tamamilə dəyişiblər:

"İŞİD-çilər saqqallarını qırxıblar, paltarlarını dəyişiblər".

Qeyd edək ki, oktyabrın 17-dən etibarən İraqın baş naziri Heydər əl-Abadi Mosulun terrorçulardan təmizlənməsi üçün hərbi əməliyyatlara başlandığını elan edib.

Femida.az

Açar sözlər:

Oxunub: 1875