Polis bölməsində ölüm hadisəsi - BAKIDA


13:57     13 May 2016 600@0%20(30)9.jpg

Mağazasında bir müddət əvvəl oğurluq edilən şəxs polis bölməsinə dəvət edilib, az sonra oradan meyidi çıxıb. Mərhumun ailəsi iddia edir ki, ona bölmədə zor tətbiq edilib.


ANS TV -nin verdiyi məlumata görə paytaxtda polis bölməsində ölüm faktı qeydə alınıb. Xəzər rayonu Şüvəlan qəsəbəsində yaşayan 29 yaşlı Sultanov Zaur Səxavət oğlu 1-ci polis bölməsinə dəvət olunub. Şəxsi maşını ilə polis orqanına gələn Zaurun bir neçə dəqiqə sonra öldüyü barədə yaxınlarına məlumat verilib. Mərhumun ailə üzvlərinin sözlərinə görə, Zaur Sultanov ürəkdən qüsurlu olub.

Onun bölməyə çağırılmasına səbəb isə, bir müddət öncə mərhumun mağazasından oğurluq edilməsi olub. Ehtimal edilir ki, bu məqsədlə də o, 1-ci bölməyə dəvət olunub. Ailənin iddiasina görə, Zaur bölmə əməkdaşlarının zor tətbiq etməsi nəticəsində dünyasını dəyişib. Bölmədən çıxarılanda Zaurun ağzı-burnunun qan içində olduğunu görüblər.

Məsələ ilə bağlı 1-ci polis bölməsindən məlumat əldə etmək cəhdi boşa çıxıb. Həm daxili İşlər Nazirliyinin, həm Bakı Baş Polis idarəsinin mətbaut xidmətindən baş vermiş hadisə ilə bağlı məlumat almaq cəhdi də uğursuz olub. Ölüm faktı isə rayon prokurorluğunda araşdırılır.

Açar sözlər:

Oxunub: 5091