Şəhidin medalı anasına verildi


21:54     13 May 2016 64eba720105f134b6b86294596669539.jpg

Azərbaycan Ordusunun ermənilərlə döyüşdə şəhid olan giziri Səfərov Elimdar Səlimxan oğlunun ölümündən sonra təltif edildiyi medal ailəsinə təqdim olunub.


Femida.az xəbər verir ki, bu gün Neftçala rayonunda cəbhə xəttinin Tərtər istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən şəhid olan Elimdar Səfərovun 40 mərasimi keçirilib. Mərasimdə Neftçala Rayon İcra Hakimiyyətinin, Müdafiə Nazirliyinin rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak edib. Şəhidin təltif edildiyi “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal şəhidin anasına təqdim edilib.

Mərasimdə iştirak edənlər 22 yaşlı şəhid gizir Elimdar Səfərovun keçdiyi döyüş yolundan, onun döyüşlərdə göstərdiyi qəhrəmanlıqdan danışıblar.

Qeyd edək ki, şəhid gizir Elmdar Səfərov bu il aprelin əvvəlində düşmən təxribatının qarşısını alarkən şəhid olub. Şəhid doğulduğu Neftçala rayonunun Aşağı Qaramanlı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 870