Təmas xəttində monitorinq keçiriləcək
14:26 18 May 2016
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, mayın 19-da Azərbaycan Respublikası Ağdam rayonunun Baş Qərvənd kəndinin şimalından keçən Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
Müdafiə Nazirliyindən Femida.az a verilən məlumata görə, monitorinqi Azərbaycan Silahlı Qüvvələrinin nəzarət etdiyi ərazidə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (YSPQ) rəhbəri polkovnik Hans Lampalzer keçirəcəklər.
Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Şvedberq, Saymon Tiller və YSPQ-in nümayəndəsi polkovnik Andrey Baraşkin keçirəcəklər.
Femida.az
Oxunub: 1027
Oxşar xəbərlər
- Təmas xəttində yerləşən kəndlərə 1 mln ayrılacaq
- Təmas xəttində monitorinq keçiriləcək
- Təmas xəttində monitorinq keçiriləcək
- Təmas xəttində monitorinq keçirildi
- Təmas xəttində hərbçilərin meyitləri qaytarılıb - RƏSMİ
- Təmas xəttindəki son hadisələr - Mərakeş mətbuatında
- Təmas xəttində monitorinq keçirildi
- Təmas xəttini minalamağa cəhd edən erməni öldürüldü
- Təmas xəttində monitorinq keçiriləcək
- Təmas xəttində monitorinq başa çatdı