Təmas xəttində yerləşən kəndlərə 1 mln ayrılacaq


00:42     26 Noyabr 2016 terter1.jpg

Gələn il Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində yerləşən kəndlərin bərpasına vəsait ayrılacaq.



Femida.az xəbər verir ki, bu barədə Hesablama Palatası “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə verdiyi rəydə öz əksini tapıb.

Sənəddə qeyd olunub ki, 2017-ci ildə Dövlət İnvestisiya Proqramının istiqamətlər üzrə bölgüsünə dair layihə sənədinə əsasən dövlət əsaslı vəsait qoyuluşu hesabına ərazilərin bərpası, yenidənqurulması və fövqəladə halların aradan qaldırılması yönümlü layihələr üzrə proqnozlaşdırılmış 1 mln. manat vəsaitin Ermənistan və Azərbaycan silahlı qüvvələrinin Təmas xəttindən 3 km-lik məsafədə yerləşən kəndlərin bərpası istiqamətində istifadə olunması nəzərdə tutulub.

Açar sözlər:

Oxunub: 2758