Hakimlər üçün seminar keçirilib


00:49     19 May 2016 seminar6.jpg

UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016 turnirinin oyunlarına təyinat almış hakim və hakim-inspektorlar üçün seminar keçirilib.


Femida.az-ın məlumatına görə, rusiyalı mütəxəssis, beynəlxalq dərəcəli hakim-inspektor Nikolay Levnikovun rəhbərliyi ilə keçirilən seminarda AÇ-nin oyunları zamanı baş vermiş mübahisəli epizodlar müzakirə olunub, oyun qaydalarındakı yeniliklər haqda məlumat verilib.

Seminarda Topaz Premyer Liqasının oyunlarına təyinat alan hakim və hakim-inspektorlar da iştirak edib.

Femida.az

Açar sözlər:

Oxunub: 982