Medvedev İrəvana gedir
22:11 19 May 2016
Rusiyanın baş naziri Dmitri Medvedev Ermənistana səfər edəcək.
Baş nazirin İrəvana səfəri bu gün başlayır.
Femida.az xəbər verir ki, o, Ermənistanda Avrasiya İttifaqının hökümətlərarası məsləhət şurasının iclasında iştirak edəcək.
D.Medvedevin Ermənistana son səfəri aprel ayının əvəlləridə Qarabağda baş verən dördgünlük müharibədən sonra baş tutub. Məlumata görə, aprelin 7-də Rusiyanın baş naziri Dmitri Medvedev və onun müavini Dmitri Roqozin İrəvanda, aprelin 8-də isə Bakıda olublar. Onların Ermənistana və Azərbaycana səfər etməsi aprelin 2-dən 5-nə qədər təmas xəttində baş verən gərgin vəziyyətlə bağlı olub.
D.Medvedev İrəvanda baş nazir Ovik Abramyan ilə, Azərbaycanda İlham Əliyevvə baş nazir Artur Rasi-zadə ilə görüşüb. Prezidentlə görüşündə D.Medvedev qeyd edib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsini dəstəkləyir: "Münaqişənin sülh, danışıqlar yolu ilə həllinin alternativi yoxdur və kompromislər yolu ilə həll edilməlidir".
Rusiyanın baş naziri Dmitri Medvedev Bakıya səfərindən sonra Rusiya mətbuatına müsahibə verərkən deyib ki, münaqişənin istənilən həll yolu kimisə qane edəcək, kimi isə yox.
"Əgər məndən soruşsanız ki, münaqişənin dondurulmuş vəziyyətdə saxlanılması, başqa sözlə, onun sürətli həllindən imtina etməklə insan həyatını qurban verərək həll edilməsi arasında seçim edim, mən birincini seçərdim. Yəni yaxşısı budur, indiki vəziyyət qalsın, nəinki qan tökülsün".
Femida.az
Oxunub: 903
Oxşar xəbərlər
- Medvedev Ermənistandadır
- Medvedev feysbukda Trampla bağlı status yazdı - Münasibətlər gərginləşir
- Medvedevdən İlham Əliyevə təbrik zəngi
- Medvedev Türkiyə ilə bağlı tapşırıq verdi
- Medvedev də Türkiyəyə başsağlığı verdi
- Medvedevdən Qarabağ açıqlaması
- Medvedev Sarkisyanla görüşdü
- Medvedev gecə İrəvana səfər edib
- Medvedevin Azərbaycana səfəri başa çatdı
- Medvedev Şəhidlər xiyabanını ziyarət edib