Medvedev feysbukda Trampla bağlı status yazdı - Münasibətlər gərginləşir


01:28     08 Aprel 2017 Medvedev.jpg

Rusiya baş naziri Dmitri Medvedev ABŞ-ın Suriyadakı aviabazaya raket zərbələri endirməsinə münasibət bildirib.


Femida.az -ın Türkiyənin “Hürriyət” qəzetinə istinadən verdiyi xəbərə görə, Medvedev özünün “Facebook” səhifəsində yazıb ki, ABŞ prezidenti Donald Tramp İŞİD-ə qarşı Rusiya ilə birlikdə mübarizə aparmaq əvəzinə Suriyanın qanuni hökuməti ilə qəzəbli şəkildə rəftar edəcəyini nümayiş etdirib.

“ABŞ-ın Suriyaya hücumu zamanı beynəlxalq hüquq normaları pozulub. Eyni zamanda, hücum BMT-nin qərarı olmadan təşkil olunub”, - deyə o vurğulayıb.

Baş nazirin sözlərinə görə, Trampın bu addımı sübut edib ki, onun siyasəti Rusiya ilə hərbi toqquşma ehtimalı yaradır.

Açar sözlər:

Oxunub: 3147