Medvedev də Türkiyəyə başsağlığı verdi


21:38     29 İyun 2016 med0.jpg

Rusiyanın baş naziri Dmitri Medvedev İstanbulda hava limanında baş verən terrorla əlaqədar türkiyəli həmkarı Binəli Yıldırıma başsağlığı verib.


Femida.az Rusiya KİV-ə istinadən xəbər verir ki, Medvedev terrorizmlə mübarizədə birgə səylərin vacibliyini vurğulayıb. O, “bu vəhşicəsinə cinayəti qətiyyətlə pisləyirik. Baş vermiş faciə beynəlxalq terrorçuluqla mübarizədə bütün dünya birliyinin birgə səy göstərməsinin vacibliyini bir daha vurğulayır”,-deyib. Baş nazir həmçinin həlak olanların doğmalarına və yaxınlarına da başsağlığı verib.

Açar sözlər:

Oxunub: 1047