Təyyarə qəzasında ölənlərin meyitləri DNK analizindən keçiriləcək


17:30     21 May 2016 Silk_Way_Airlines_Boeing_747-400_Kinader.jpg

Azərbaycanın “SilkWay” aviaşirkətinə məxsus “An-12” yük təyyarəsinin mayın 18-də Əfqanıstanda qəzaya uğraması nəticəsində ölən yeddi heyət üzvünün cəsədinin ümumi müayinəsi ötən gün başa çatdırılıb.


Femida.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən məlumat verilib.

Bu gündən isə cəsədlərin laborator (kimyəvi, DNK) müayinəsinə başlanılıb.

Meyitlərin hamısı yandığı üçün laborator müayinə və tanınma uzun çəkəcək. Təyyarənin pilotunun və köməkçisinin meyitləri kabinədə aşkarlandığına görə onların kimliyi təxminən məlumdur. Lakin tam dəqiqlik üçün müayinə tələb olunur.

Qeyd edək ki, mayın 18-də “SilkWay” şirkətinə məxsus yük təyyarəsi Əfqanıstanda qəzaya uğraması nəticəsində təyyarənin 9 ekipaj üzvündən 7-si həlak olub.


Femida.az

Açar sözlər:

Oxunub: 1110