Türkiyənin yeni baş naziri seçildi


23:32     22 May 2016 bas%20nazir%20secildi.jpg

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) yeni sədri seçilib.

Femida.az-ın məlumatına görə, bu gün AKP-nin Ankara Arena İdman Salonunda keçirilən II fövqəladə qurultayında Binali Yıldırım 1411 qurultay nümayəndəsindən 1405 nəfərin səsini alaraq partiyanın yeni sədri seçilib.

Qeyd edək ki, B. Yıldırım qurultayda partiyanın sədr postuna yeganə namizəd olub.

Məlumat üçün bildirək ki, mövcud ənənəyə uyğun olaraq hakim partiyanın sədri həm də Türkiyənin baş naziri vəzifəsini icra edir.

Açar sözlər:

Oxunub: 912