“Aprel döyüşlərinin günhkarı BMT-dir” - Oljas Süleymanov


21:55     23 May 2016 oljas.jpg

Bu gün Qazaxıstanın paytaxtı Astanada beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə “Böyük səhra” adlı I Humanitar Forum öz işinə başlayıb.


Femida.az xəbər verir ki, forumda dünyanın 20 ölkəsindən olan türkoloqlar, Astanada qeydiyyatdan keçən beynəlxalq və diplomatik təşkilat və missiyaların nümayəndələri, ölkənin ziyalıları və elm adamları iştirak edirlər. Forumun iştirakçıları arasında türkoloq, “Planetin adamı” Oljas Süleymanov da var. “Böyük səhra” forumunda iştirak edən azərbaycanlı jurnalistlərin suallarını cavablandıran Oljas “Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının bağlanması barədə başlanan beynəlxalq hərəkəta necə baxırsınız” sulaına belə cavab verib: “Atom elektrik stansiyaları əslində keçmişdir. Ötən gündür. Bunu Avropa vaxtında hiss elədi. Və orada çox sayda atom elektrik stansiyaları bağlandı. Bunu Yaponiya da anlayır. Yaponiyada olan 57 atom elektrik stansiyasından bu gün 2 və ya 3-ü fəaliyyət göstərir. Belə fikirləşirəm ki, bəşəriyyət üçün təhlükə yaradan bu elektrik stansiyaları da bağlanacaq. O ki, qaldı Ermənistanın Metsamor atom elektrik stansiyasına, o ətraf mühit və dünya üçün təhlükə mənbəyidir. O elektrostansiya da bağlanmalıdır. Baxmayaraq ki, bu atom elektrik stansiyası təkcə Ermənistan üçün deyil, qonşu respublikalar üçün də təhlükə mənbəyidir”.

Oljas Süleymanov aprel ayının əvvəllərində ermənilərin təxribatı nəticəsində pozulan atəşkəs zamanı hadisələri diqqətlə izlədiyini deyib. O, eyni zamanda qeyd edib ki, BMT-nin işğalda olan Azərbaycan torpaqlarının azad etməsi haqqında qərarının fəaliyyətsiz qalması nəticəsində belə hadisələr baş verir.

“Planetin adamı” Azərbaycan prezidenti İlham Əliyevin çıxışlarında Qarabağın Azərbaycanın tərkib hissəsi olması haqqında fikirlərini və sülh çağırışlarını xatırladıb: “Nədənsə BMT özü üçün çıxardığı qərarların icrasına əməl olunması haqqında tədbirlər görmür. Buna görə də aprel ayında baş verən hadisələrin kəskinləşməsində BMT günahkardır. Yəqin ki, son hadisələr məcbur edəcək ki, BMT özünün həll olunmayan proqramının icrası prosesinə yenidən nəzər salsın”.

Açar sözlər:

Oxunub: 2441