“Aprel döyüşləri”nə yeni kitab həsr olunacaq


18:25     23 May 2017 kitab2.jpg

“Bakıdan İstanbulacan və dönüş” kitabı Sumqayıtda təqdim olunub.


Femida.az -a daxil olan məlumata görə Sumqayıt Poeziya evində görüş keçirilib. Bu dəfə ki görüş telejurnalist, Yazıçılar Birliyinin üzvü Nigar İsmayılqızının kitabına həsr olundu. Kitabın adı “Bakıdan İstanbulacan və dönüş” adlanır. İlk öncə Sumqayıt şəhər Poeziya klubunun direktoru, tanınmış şair, Yazıçılar Birliyinin üzvü İbrahim İlyaslı danışdı. O, kitabda dərc edilən xüsusi müsahibələrdən söhbət açdı. Qələm sahibinə uğurlar arzuladı. Sonra kitabın müəllifi kitab haqqında ətraflı məlumat verdi. Bildirdi ki, ötən aylarda nəşr edilən kitab 7 illik zəhmətin məhsuludur. Sonra Yazıçılar Birliyinin üzvü, şair Əşrəf Veysəlli danışdı. Şair, gənc qələm sahibinin Osmanlı, İstanbul sevdasını diqqətə çatdırdi. Görüşdə şair-publisist, Yazıçılar Birliyinin üzvü Fəxrəddin Meydanlı da iştirak edib. O, qeyd edib ki, “Bakıdan İstanbulacan və dönüş” kitabı ilə yaxından tanışdır. Nigarın özünəməxsus, axıcı bir qələmi var. Qələm sahibinə ədəbi sevgi arzulayıb. Sonda əməkdar mədəniyyət işçisi Ceyran Axundova çıxış edib. Nigar İsmayılqızının gələn ay çıxacaq kitabı haqqında məlumat verib. Yeni kitabın “Aprel döyüşləri”nə həsr olunacağını deyib. Bu arada yeni nəşr olunacaq kitabın Azərbaycanda və Türkiyədə təqdimatı planlaşdırılır.



Femida.az


Açar sözlər:

Oxunub: 2724