Türkiyənin yeni müdafiə naziri kimdir?


18:53     24 May 2016 1464086366.jpg

Bu gün AKP sədri Binəli Yıldırımın Prezident Rəcəb Tayyib Ərdoğana təqdim etdiyi 65-ci hökumətin üzvlərinin siyahısı açıqlanıb.



Femida.az xəbər verir ki, siyahıda diqqət çəkən əsas məqamlardan biri Müdafiə naziri postunda edilən dəyişiklikdir.

Sabiq Müdafiə naziri İsmət Yılmaz Təhsil naziri, Sənaye və Texnologiya naziri Fikri İşıq isə Müdafiə naziri vəzifəsinə təyin olunub.

13 iyul 1965-ci ildə Gümüşxanə vilayətinin Şiran rayonunda doğulan Fikri İşıq Orta Doğu Teknik Üniversitetinin Riyaziyyat fakultəsini bitirib.

Bir müddət İzmit və İstanbulda özəl məktəblərdə riyaziyyat müəllimi çalışan İşıq daha sonra qida sahəsində rəhbər vəzifələrdə olub. 23 və 24-cu parlament seçkilərində AKP-dən Qocaeli millət vəkili seçilən iş adamı 31 yanvar 2013-cü ildə Parlamentin Təhsil, Gənclik və İdman Komitələrinə sədr seçilib.

50 yaşlı siyasətçi 25 dekabr 2013-cü il və 24 noyabr 2015-ci illərdə Sənaye və Texnologiya naziri vəzifəsinə təyin olunub.
İngilis və ərəb dillərini mükəmməl bilir. Ailəlidir, 4 uşağı var.

Açar sözlər:

Oxunub: 1732