Dəhşətli qəzada 5 ölü - QAXDA (FOTOLAR)


01:47     21 İyun 2015 femidat.jpg

Qax rayonu ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib.

Femida.az-ın Report.az-a istinadən verdiyi xəbərinə görə, Qax-Şəki yolunun 1-ci kilometrliyində baş verən hadisə nəticəsində 5 nəfər ölüb.

Belə ki, Şəkidən Qax istiqamətinə hərəkət edən 10-UX-515 dövlət nömrə nişanlı "Niva" markalı avtomobil qaşıdan gələn 99-BS-466 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində "Mercedes"də olan sürücü və sərnişin hadisə yerində ölüb. "Niva" markalı avtomobildə olan və Sərhəd Qoşunlarının əməkdaşları olduğu güman edilən hərbçilər də dünyasını dəyişib.
Hadisənin yüksək surət səbəbindən baş verdiyi guman olunur.

Açar sözlər:

Oxunub: 751