Prezidentə təbriklər gəlməkdə davam edir


21:05     25 May 2016 d4a9df509aa8d5b75d09e4183682d31c9.jpg

Tacikistan prezidenti və Norveç kralı Azərbaycan prezidentini təbrik ediblər.


Tacikistan prezidenti Emoməli Rəhmon Azərbaycan prezidenti İlham Əliyevi 28 May-Respublika Günü münasibəti ilə təbrik edib.

E. Rəhmonun məktubunda deyilir:

“Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə böyük məmnuniyyətlə sizə və Azərbaycanın bütün dost xalqına səmimi təbriklərimi çatdırıram. Tacikistan Azərbaycan ilə dostluq və çoxtərəfli qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirir və bu münasibətləri bütün istiqamətlər üzrə möhkəmlətmək və inkişaf etdirmək əzmindədir. Əmin olduğumu bildirirəm ki, biz ümumi səylərimiz sayəsində ölkələrimiz arasında qarşılıqlı əlaqələrin xalqlarımızın ümdə mənafelərinə uyğun, dinamik inkişafını təmin edəcəyik. Biz bunun üçün zəruri olan hər cür səy göstərmək əzmindəyik. Hörmətli İlham Heydər oğlu, sizə möhkəm cansağlığı və yeni uğurlar, dost Azərbaycan xalqına əmin-amanlıq və firavanlıq diləyirəm”.

İ. Əliyevi Norveç kralı V Harald da təbrik edib. Onun məktubunda deyilir: “Milli bayramınız - Respublika Günü münasibətilə sizi səmimi qəlbdən təbrik edir, Zati-alinizə və Azərbaycan xalqına xoş arzularımı çatdırır, firavanlıq diləyirəm”.

Femida.az

Açar sözlər:

Oxunub: 700