Prezidentə təbriklər gəlməkdə davam edir


19:45     26 May 2016 4a79a0818fa83adc62ddd187f7fcded6.jpg

Moldova prezidenti Nikolaye Timofti Azərbaycan prezidenti İlham Əliyevi 28 May-Respublika Günü münasibəti ilə təbrik edib.


Femida.az xəbər verir ki, N. Timoftinin məktubunda deyilir:

“Azərbaycan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizə Moldova Respublikasının xalqı adından və şəxsən öz adımdan ən səmimi və hərarətli təbriklərimi çatdırmaqdan şərəf və xüsusi məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edərək, Azərbaycan Respublikasının bütün sahələrdə, xüsusən sosial və iqtisadi sferalarda qazandığı sanballı uğurları vurğulayaraq, bildirmək istəyirəm ki, bu nailiyyətlər dövlətinizin prioritet vəzifələri həyata keçirməyə istiqamətlənmiş məqsədyönlü siyasəti sayəsində mümkün olub.

Əminəm ki, Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında dialoqun inkişafı, habelə mövcud qarşılıqlı hörmət gələcəkdə də ölkələrimizin və xalqlarımızın ənənəvi dostluq münasibətlərinin və qarşılıqlı əməkdaşlığının möhkəmlənməsi işinə əhəmiyyətli töhfələr verəcək. Zati-aliləri, bu əlamətdar bayram münasibətilə Sizə möhkəm cansağlığı və ali dövləti vəzifənizdə yeni uğurlar, Azərbaycan xalqına sülh və firavanlıq diləyirəm”.

İ. Əliyevi Mərakeş kralı VI Mohammed də təbrik edib. Onun məktubunda deyilir: “Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırır, Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzu edir, Azərbaycan xalqına isə Sizin rəhbərliyiniz ilə tərəqqi və firavanlıq diləyirəm.

Bu xoş fürsətdən istifadə edərək, xalqlarımız arasındakı möhkəm qardaşlıq əlaqələrinə, həmçinin ölkələrimizin sıx əməkdaşlığına yüksək dəyər verdiyimi bir daha qeyd etmək istəyirəm.

Mən İslam ümmətinin, eləcə də xalqlarımızın ortaq maraqlarına xidmət etmək, münasibətlərimizi dərinləşdirmək, əlaqələrimizi daha da gücləndirmək istiqamətində birgə səylərimizin davam edəcəyinə əminəm”.

Femida.az

Açar sözlər:

Oxunub: 1384