Zaqatalada quduzlaşan qadın öldü - Xəstəxanadan açıqlama


13:39     27 May 2016 xestexana_012541.jpg

Zaqatalada quduzluq xəstəliyi aşkarlanan 47 yaşlı qadın ölüb.


Mərkəzi Rayon Xəstəxanasından (MRX)-nın antirabik kabinetinin həkimi Nigar Şahmərdənova Femida.az-a bildirib ki, rayonun Faldar kənd sakini, 1969-cu il təvəllüdlü Pəri Qasım qızı Turacova ötən gecə saxlandığı yoluxucu xəstəliklər şöbəsində dünyasını dəyişib.

Xatırladaq ki, Pəri Turacova mayın 22-də quduzluq xəstəliyi əlamətləri ilə xəstəxanaya daxil olmuşdu. Müayinə zamanı məlum olmuşdu ki, aprel ayının 1-də onu yaşadığı kənddə küçə iti dişləyib. Pəri Turacova vaxtında həkimə müraciət etməyib.

Qeyd edək ki, qudzluğa yoluxmuş P.Turacova ailəlidir, 2 qızı var bir oğlu var. Yoldaşı əlildir.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 2797