Baş Prokurorluq 5 milyonluq korrupsiyanın üstünü açdı
20:32 01 Aprel 2015
Bankın vəzifəli şəxsinin qanunsuz əməlləri ifşa edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, “Royal bank” ASC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Araşdırmalar zamanı Gülşən Mustafayevanın 2011-2012-ci illərdə “Royal bank” ASC-nin Plastik Kartlar Departamentinin direktor müavini vəzifəsində işləyərkən, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd istifadə etməklə, cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərinin həqiqi mənbəyini gizlətmək üçün həmin bankın filialları vasitəsilə 4 milyon 817 min manat məbləğində pul vəsaitlərinin köçürülməsi ilə bağlı maliyyə əməliyyatlarını həyata keçirməklə leqallaşdırmasında şübhələr üçün əsaslar olduğundan Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 193-1.3.2-ci (külli miqdarda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Femida.az
Oxunub: 660
Oxşar xəbərlər
- Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirilir
- Baş prokuror vətəndaşlarla görüşdü
- Baş nazir: “Tramp həddini aşdı” - Qüds böhranı böyüyür
- Baş Prokurorluğun məlumatı
- Baş prokuror vətəndaşları qəbul edəcək
- Baş Prokurorluq və DİN dəhşətli qətllə bağlı birgə məlumat yayıb
- Baş Qərargahı rəisinin müavini işdən qovuldu
- Baş Prokurorluq 17 yaşlı uşaqla bağlı xəbərləri təkzib etdi
- Baş Prokurorluğun nümayəndəsi beynəlxalq tədbirdə iştirak edib
- Baş bankir manatdan danışdı