İki ölkə lideri İlham Əliyevə məktub göndərdi
22:50 01 İyun 2016
Şimali Kipr Türk Respublikasının Prezidenti Mustafa Akıncı Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təbrik məktubu göndərib.
Femida.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
"Möhtərəm Prezident.
Qardaş Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza Şimali Kipr Türk Respublikasının xalqı adından və şəxsən öz adımdan ürəkdən gələn ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram", - təbrikdə qeyd edilir.
***
Xorvatiya Respublikasının Prezidenti Kolinda Qrabar-Kitaroviç Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təbrik məktubu göndərib.
"Hörmətli cənab Prezident, əziz dost.
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Xorvatiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizi səmimi qəlbdən təbrik edir, ölkənizin və xalqınızın firavanlığı üçün ən xoş arzularımı bildirməkdən məmnunluq duyuram.
Xorvatiya Respublikası ilə Azərbaycan Respublikası iki dost dövlət olub, qarşılıqlı maraq kəsb edən bir çox sahədə əməkdaşlıq edirlər. Əminəm ki, qarşıdakı dövrdə biz əlaqələrimizi daha da gücləndirəcək, xüsusən iqtisadi sahədə əməkdaşlığımızı dərinləşdirəcəyik.
Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm", - təbrikdə deyilir.
Oxunub: 826
Oxşar xəbərlər
- İkimərtəbəli ev yanıb
- İki qardaş birləşib narkotik əkdi - Salyanda
- İki körpə diri-diri yandı - Qobustanda faciə
- İki rayonun Yol Polisi rəisi dəyişdirildi
- İkimərtəbəli ev yanıb
- İki məhkum xəstəlikdən ölüb
- İki bacının öldüyü yanğınla bağlı RƏSMİ AÇIQLAMA
- İki qadını maşınla vurub öldürən sürücü tutuldu
- İki futbolçuya ömürlük cəza verildi
- İki nəfərə “Əməkdar jurnalist” fəxri adı verilib