Oğlan üstündə rəfiqəsini öldürən qızdan xəbər var


17:53     22 İyun 2015 515.jpg

Bakı Apelyasiya Məhkəməsində qətldə təqsirləndirilən 16 yaşlı Aydan Xalitovanın apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Məhkəmənin qərarı ilə şikayət təmin edilməyib.

Qeyd edək ki, 1998-ci il təvəllüdlü Aydan Xalitova münaqişə zəminində 1991-ci il təvəllüdlü Şəms Abdullayevanı bıçaqla qətlə yetirib. İstintaq zamanı münaqişənin oğlan üstündə baş verdiyi məlum olub. Aydan Xalitova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (soyuq silah gəzdirmə) maddələri ilə ittiham edilir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aydan Xalitova 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Aydan Xalitova apellyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib./apa/

Açar sözlər:

Oxunub: 7484