Jurnalistin evini qarət edənlər hələ tutulmayıb


17:40     03 İyun 2016 ogurluq%20basqin6.jpg

Hadisədən 17 gün keçməsinə baxmayaraq APA İnformasiya Agentliyinin əməkdaşı Mübariz Aslanovun kirayədə yaşadığı mənzili qarət edən şəxs və ya şəxslər hələ tutulmayıb.


Femida.az xəbər verir ki, Nəsimi rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin rəisi Orxan Axundzadə APA-ya bildirib ki, hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir: “Biz işin açılması üçün əlimizdən gələni edirik. Ümid edirik ki, tezliklə bu iş açılacaq”.

Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Elçin Mehdiyev isə APA-ya bildirib ki, cinayətin üstünün açılması istiqamətində zəruri olan bütün istintaq hərəkətləri davam etdirilir: “Baş vermiş oğurluq hadisəsi ilə bağlı başlanmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri aparlılır. Lakin hələlik hadisənin üstü açılmayıb. Biz də çalışırıq ki, baş vermiş oğurluq hadisəsi tezliklə açılsın və hadisəni törədən şəxs və ya şəxslər məsuliyyətə cəlb olunsun”.


Qeyd edək ki, məlum oğurluq hadisəsi mayın 17-də qeydə alınıb. APA-nın əməkdaşı Mübariz Aslanovun kirayədə yaşadığı Nəsimi rayonu Asif Məhərrəmov küçəsi ev 24, mənzil 11-ə açar seçmə yolu ilə daxil olan şəxs və ya şəxslər 540 manat və təxminən 8 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıblar.

Hadisə baş verən vaxt evdə heç kim olmayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1257