Jurnalistin pulunu oğurlayan tapıldı - FOTO


01:36     08 Noyabr 2016 14958307_1151314401612359_1188224807_n.jpg

3 noyabr 2016-cı il tarixdə vətəndaş Məcidov Mircəlal Əlislam oğlunun yaşadığı Səbail rayonu, B. Sərdarov dalan 2 ünvanında yerləşən mənzildən 2000 (iki min) manat pul və digər əşyalar yoxa çıxıb.


Vətəndaşın dərhal polisə müraciətindən sonra qanunauyğun müvafiq tədbirlər görülüb. Femida.az xəbər verir ki, Səbail rayonu, 9-cu polis bölməsinin əməkdaşlarının vaxtında həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən 1993-cü il təvəllüdlü, Şəmkir rayon sakini Rüstəmov Cavid Asif oğlu Gəncə şəhərində saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma gedir.

Qeyd edək ki, evindən oğurluq olunan jurnalist Məcidov Mircəlal Əlislam oğlu Femida.az hüquq portalının əməkdaşıdır.


Miri Məcidli
Femida.az


Açar sözlər:

Oxunub: 8152