Jurnalistin apellyasiya şikayəti təmin edilməyib


20:39     12 İyun 2017 hebs%20omur4.jpg

Bu gün Bakı Apellyasiya Məhkəməsində "Kanal-13" internet televiziyasının icraçı direktoru, həbsdə olan Əziz Orucovun apellyasiya şikayətinə baxılıb.


Hakim Rizvan Səfərovun sədrlik etdiyi iclasda qərar elan edilib, şikayət təmin olunmayıb.

Qeyd edək ki, iyunun 2-də Nəsimi Rayon Məhkəməsi Ə. Orucovun evində axtarış aparılması barədə qərar qəbul edib. Apellyasiya şikayəti həmin qərardan verilib.

Əziz Orucov mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona 30 sutka inzibati həbs cəzası verilib. Azadlığa buraxılmalı olduğu gün - iyunun 1-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində haqqında cinayət işi başlanıb, ona CM-nin 192 (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Elə həmin gün Nəsimi rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Femida.az

Açar sözlər:

Oxunub: 710