Elmar Məmmədyarov çinli səfirlə görüşdü


21:20     09 İyun 2016 1440778393_elmar.jpg

Xarici işlər naziri Elmar Məmmədyarov Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Honq Jiu Yini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.


Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a bildirilib ki, Elmar Məmmədyarov ölkəmizin nəqliyyat və tranzit imkanları haqqında danışaraq, Bakı-Tbilisi-Qars dəmir yol xəttinin Çini təşəbbüskarı olduğu İpək Yolu İqtisadi Kəməri layihəsinin mühüm hissələrindən biri ola biləcəyini vurğulayıb. O, iki ölkə arasında humanitar və turizm sahəsində də əməkdaşlıq üçün geniş imkanların mövcud olduğunu deyib.

Nazir beynəlxalq gündəlikdə olan vacib məsələlərə münasibətdə Azərbaycan və Çinin mövqeyinin üst-üstə düşdüyünü qeyd edərək, Azərbaycanın 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan zaman BMT TŞ çərçivəsində Çin ilə yaxın əməkdaşlığa malik olduğunu diqqətə çatdırıb.

Səfir ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini vurğulayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 967