Vətəndaşların müraciətinə baxmayanlar cərimələnəcək


19:21     14 İyun 2016 muraciet2.jpg

Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik müzakirə edilib.


Femida.az-ın xəbərinə görə, dəyişiklik haqqında məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Məcəlləyə əlavə edilən 594-1-ci maddəyə əsasən, vətəndaşların müraciətlərinin aidiyyəti üzrə baxılması üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərə göndərilməsinə, eləcə də dövlət orqanlarının və vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətinin və ya işinin tənqid edilməsi ilə bağlı, yaxud vətəndaşın və ya digər şəxslərin hüquq və azadlıqlarının bərpası və müdafiəsi məqsədi ilə edilən müraciətə görə vətəndaşın təqib edilməsinə görə vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar 100 manat məbləğində, hüquqi şəxslər 200 manat məbləğində cərimələnir.

Vətəndaşların qəbulunun “Vətəndaşların müraciətləri haqqında” qanunun tələblərinə uyğun olaraq, nəzərdə tutulmuş əməllərdə cinayət tərkibinin əlamətləri olduqda həmin əməllər Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olacaq.

Açar sözlər:

Oxunub: 1098