Vətəndaşların müraciətlərinə hansı qaydada baxılmalıdır?


13:55     15 May 2017 yoxlama%20bank%20emanetcilerine1.jpg

Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir.


Bu dəfəki mövzumuz vətəndaşların dövlət və bələdiyyə orqanlarına müraciət olunması ilə bağlıdır.

Əvvəlcə qeyd edək ki, Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır.

Vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır (bəzi hallarda bu müddət qanunla müəyyən edilmiş müddətə uzadıla bilər).

Nəzərə alıınmalıdır ki, anonim müraciətlərə baxılmır.

Yazılı müraciətdə müraciət edən şəxsin məlumatları və müraciət edilən qurumun adı və digər zəruri məlumatlar göstərilməlidir.

Qanun çərçivəsində tərtib edilmiş müraciətin qəbulundan imtina edilməsi qadağandır.

Müraciət edən şəxsin tələbi ilə ona müraciətin qeydiyyat nömrəsi, tarixi və onun icraçısına dair məlumat bildirilir.

Barəsində şikayət yazılmış vəzifəli şəxsə və ya quruma, həmin müraciəti araşdırma üçün göndərmək qadağandır.

Müraciət edən şəxs müraciətə baxılmasının dayandırılması barədə ərizə ilə müraciət etmək hüququna malikdir.

Mənbə: Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının Qanunu

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 1994