Vətəndaşların müraciətinə baxmayan məmurları hansı cəza gözləyir?


14:39     25 İyul 2017 346357.jpg

Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir.


Bu dəfəki mövzumuz vətəndaşların müraciətinə qanuni çərçivədə baxılmadıqda yaranan məsuliyyətin növü ilə bağlıdır.

Vətəndaşların müraciətləri haqqında qanunvericiliyin pozulması ilə əlaqədar İnzibati Xətalar Məcəlləsində 594-1-ci maddə ilə məsuliyyət nəzərdə tutulub.

Maddədə aşağıdakı xətalara görə məsuliyyət müəyyən edilir:

1.Vətəndaşların müraciətinin qəbul edilməməsinə;

2. Vətəndaşların müraciətlərinin aidiyyəti üzrə baxılması üçün qanunazidd hərəkətindən şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərilməsinə (yəni, vətəndaşın müraciətini baxılması üçün barəsində şikayət edilən quruma göndərilməsi);

3. Vətəndaşların qəbulunun "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq təşkil edilməməsinə;

4. Dövlət orqanlarının və vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətinin və ya işinin tənqid edilməsi ilə bağlı, yaxud vətəndaşın və ya digər şəxslərin hüquq və azadlıqlarının bərpası və müdafiəsi məqsədi ilə edilən müraciətə görə vətəndaşın təqib edilməsinə görə.

Maddəyə əsasən, qeyd edilən xətalara görə vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir.

Bu maddə üzrə nəzərdə tutulmuş xətalarla bağlı icraat prokurorun qərarı ilə başlanılacaq.

Məlumat üçün qeyd etmək lazımdır ki, Vətəndaşların müraciətləri haqqında qanuna əsasən, vəzifəli şəxslər vətəndaşların qəbulunu təşkil etməlidirlər. Qanunda həmçinin müraciətin qəbulundan imtina və vətəndaşın müraciətini barəsində şikayət edilən quruma göndərilməsi də qadağandır.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 1787