ABŞ-da atışma: 16 yaşlı qız öldürüldü


20:55     15 İyun 2016 600@0%20(76).jpg

ABŞ-ın Kaliforniya ştatında baş verən atışma zamanı 16 yaşlı qız dünyasını dəyişib.

Femida.az-ın məlumatına görə, hadisə Oklend şəhərində qeydə alınıb.

Naməlum şəxs yas mərasiminə yığışan insanlara atəş açıb. Nəticədə 16 yaşlı qızdan başqa daha 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Atəş açan isə hadisə yerindən qaça bilib. Onun kimliyi və cinayətin səbəbi haqda məlumat verilmir.

Açar sözlər:

Oxunub: 1159