MDB ölkələrinin müdafiə nazirləri Moskvada toplandı
19:30 15 İyun 2016
Rusiya paytaxtında MDB-yə üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının 70-ci yubiley iclası keçirilib.
Femida.az-ın verdiyi məlumata görə, iclasda MDB-yə üzv dövlətlərin 2020-ci ilə kimi hərbi əməkdaşlıq Konsepsiyasının həyata keçirilməsi, hava-kosmik müdafiəsi Konsepsiyası layihəsinin işlənilməsi və "Beynəlxalq Hərbi Oyunlar 2016"-nın keçirilməsi məsələlərinə baxılıb.
İclası giriş sözü ilə açan Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, bu gün insanlıq üçün başlıca təhlükə beynəlxalq terrorçuluqdur: "MDB ölkələrinin əsas vəzifəsi beynəlxalq terrorçuluğun öz ərazilərində yayılmasının qarşısını almaqdır. Bizim bugünkü görüşümüz Böyük Vətən Müharibəsinin başlanmasının 75-ci ildönümü ərəfəsində keçirilir. Həmin dövrdə dünya üçün təhlükə nasizm idisə, bu gün üçün əsas təhlükə beynəlxalq terrorçuluqdur. Bizim qarşımızda vacib tapşırıq durur: Beynəlxalq terrorçuluğun MDB məkanında yayılmasına yol verməməliyik. MDB-nin xarici sərhədlərində vəziyyət sabit deyil. Mövcud vəziyyət müdafiə sahəsində qarşılıqlı fəaliyyəti genişləndirməyi tələb edir. Belə qarşılıqlı fəaliyyətin hüquqi əsası 2015-ci ildə MDB ölkə başçıları Şurasının qərarı ilə təsdiqlənən MDB ölkələrinin 2020-ci ilə qədər hərbi əməkdaşlıq Konsepsiyasıdır. Bu Konsepsiya bizim silahlı qüvvələrimizin gücləndirilməsini, milli və kollektiv təhlükəsizliyimin təmin edilməsini, eləcə də mehriban qonşuluq münasibətlərinin inkişafını özündə ehtiva edir".
Qeyd edək ki, MDB-yə üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının 70-ci yubiley iclasında Azərbaycanı müdafiə naziri, general-polkovnik Zakir Həsənov təmsil edib.(APA)
Oxunub: 1652
Oxşar xəbərlər
- MDB-də sədrlik Rusiyadan Tacikistana keçdi
- MDB ölkələri terrorizmə qarşı birləşir
- MDB dövlət başçıları Şurasının iclası keçiriləcək
- MDB üzvləri Kazanda görüşəcəklər
- MDB Xarici İşlər Nazirləri görüşəcək
- MDB-nin qabaqcıl tikinti şirkətləri müəyyən ediləcək
- MDB xarici işlər nazirlərinin görüşü keçiriləcək
- MDB vahid ödəniş sistemi yaradır
- MDB-də beşinci yerdəyik - Borclara görə
- MDB-nin müşahidə missiyası Bakıya gəlib