Kartof sahələrindən oğurluq olub


19:28     16 İyun 2016 kartof6.jpg

Cəlilabad rayonunda kartof sahələrindən oğurluq edilib.


Femida.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Sabirabad kəndi sakini Əli Abbasova məxsus təsərrüfatda qeydə alınıb. Naməlum şəxs və ya şəxslər axşam saatlarında sahəyə girərək məhsulu yığılmamış ərazidən xeyli miqdarda kartof çıxararaq oğurlayıblar. Təsərrüfat sahibi isə bundan yalnız səhər saatlarında işə gələrkən xəbər tutub.

Zərərçəkmişin sözlərinə görə, eyni vaxtda sahənin 4 müxtəlif ərazilərindən yarım hektara yaxın kartofun bir neçə saat ərzində çıxarılıb aparılması oğurluğun bir yox, bir neçə şəxs tərəfindən edildiyini deməyə əsas verir.

Əli Abbasovun sözlərinə görə, onun əkin sahəsinə yaxın ərazilərdən də dəfələrlə quyulardakı su nasosları, su boruları naməlum şəxslər tərəfindən oğurlanıb.

Faktla bağlı polisə müraciət olunub, hazırda araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1238