Suriya ordusuna aid təyyarə vurulub


22:39     19 İyun 2016 suriya%20teyyare.jpg


Suriya müxalifləri Hama şəhərinin şimalında Əsəd rejiminə aid MİG-21 tipi döyüş təyyarəsini vurub. Rejimə yaxın mənbələr və Rusiya agentlikləri də Hama hərbi aeroportundan qalxan təyyarənin düşdüyünü təsdiq ediblər. Rejimə aid Suriya TV kanalı təyyarənin texniki səbəbdən qəzaya uğradığını və ekipajın da öldüyünü açıqlayıb. Müxaliflərin yaydığı açıqlamada isə təyyarənin texniki qəzaya düşmədiyi, üsyançılar tərəfindən vurulduğu bəyan edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 983