Daha bir rusiyalı hərbçi həlak oldu


14:14     20 İyun 2016 rus%20herbici.jpg

Suriyada daha bir Rusiya hərbi qulluqçusu həlak olub.


Femida.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, Rusiya Müdafiə Nazirliyi Suriyada humanitar yardım karvanını mühafizə edən hərbçinin ölümünü təsdiqləyib. Serjant Andrey Timoşenkov Homs şəhərində sakinlərə yardımın paylanması zamanı terrorçunun idarə etdiyi və bomba yüklənmiş avtomobili saxlayarkən baş verən partlayış nəticəsində ölümcül xəsarətlər alıb.

Bununla da, rəsmi məlumata əsasən, Suriyada ölən Rusiya hərbçilərinin sayı 11-ə çatıb.

Açar sözlər:

Oxunub: 1789