Prezidentlərin görüşü başladı


20:16     20 İyun 2016 prezidentler.jpeg

Rusiyanın Sankt-Peterburq şəhərində Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü başlayıb.


Femida.az xəbər verir ki, üçtərəfli görüşdən öncə Ermənistan prezidenti Serj Sarkisyan Rusiyanın dövlət başçısı Vladimir Putinlə görüşüb. Sarkisyan münaqişənin həllində göstərdiyi dəstəyə görə, Putinə təşəkkür edib:

“Bizim Qarabağla bağlı mövqeyimiz bəllidir. İstərdik ki, münaqişə sülh yolu ilə həll edilsin. Mən Minsk Qrupunun həmsədri ölkəsi kimi sizə bu məsələyə ayırdığınız diqqətə və səylərə görə təşəkkür etmək istəyirəm”.

Öz növbəsində isə Putin münaqişə ilə bağlı bütün məsələlərin müzakirə olunacağını söz verib.


Daha sonra Azərbaycan prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə görüşüb.

Açar sözlər:

Oxunub: 3882