Prezidentlərin görüşü barədə açıqlama
19:55 25 Oktyabr 2016
"ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan prezidentlərinin tezliklə görüşəcəyinə ümid edir".
Femida.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə İrəvanda keçirilən mətbuat konfransında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib.
Həmsədrin sözlərinə görə, idealda ATƏT missiyası artıq genişləndirilməli idi, lakin detalları dəqiqləşdirmək lazımdır.
Uorlik eyni zamanda həmsədrlərin Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü istənilən gün təşkil etməyə hazır olduğunu vurğulayıb.
"Prezidentlərin görüşünün konkret tarixi məlum deyil. Prezidentlər razılığa gəlməlidirlər. Məsələnin sülh yolu ilə həllinin vaxtı yetişib. Biz əlimizdən gələni edəcəyik, lakin qərarı ölkə başçıları verəcəklər".
Oxunub: 1050
Oxşar xəbərlər
- Prezidentlərin Tehran görüşü başladı
- Prezidentlərin görüşü ilə bağlı BƏYANAT
- Prezidentlərin görüşü ilə bağlı AÇIQLAMA
- Prezidentlərin telefon danışığı olub
- Prezidentlərin görüşü müzakirə olunacaq
- Prezidentlərin növbəti görüşü İranda olacaq
- Prezidentlərin bugünkü razılığı nələri vəd edir?
- Prezidentlərin görüşü necə keçdi? - XİN məlumat yaydı
- Prezidentlərin görüşü başladı
- Prezidentlərin görüş vaxtı açıqlandı