Prezidentlərin bugünkü razılığı nələri vəd edir?


23:25     27 İyul 2016 aliyev%20sarkisyan%20(1)8.jpg

“Monitorinq Qrupunun genişləndirilməsnə Azərbaycan heç vaxt etiraz etməyib”

Bu sözləri Femida.az-a açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

Politoloqun fikrincə, münaqişənin həllində irəliləyişə nail olmaq üçün kompleks addımlar atılmalıdır:

“Peterburq görüşündə də bu məsələ müzakirəyə çıxarılmışdı. Cəbhədə Monitorinq Qrupunun fəaliyyətinin genişləndirilməsi Ermənistanın təcavüzkarlıq siyasətinin üstünün açılmasına xidmət edə bilər. Lakin mən inanmıram ki, bu addım münaqişənin həllində əsaslı dəyişikliklərə gətirib çıxara. Məsələyə kompleks yanaşmaq lazımdır. Əgər münaqişənin həllindən söhbət gedirsə, ilk növbədə Ermənistan ordusu işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılmalıdır”.

Qeyd edək ki, Azərbaycan və Ermənistan prezidentləri təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində monitorinq qrupunun genişləndirilməsi ilə bağlı razılığa gəliblər. Bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik məlumat yayıb.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 5643