İki ölkə arasında ada qalmaqalı


22:43     21 İyun 2016 misir%20erebistan.jpg

Misirin İnzibati Məhkəməsi Qırmızı dənizdəki iki adanın Səudiyyə Ərəbistanının yurisdiksiyasına verilməsi üzrə sövdələşməni həqiqi hesab etməyib.


Femida.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, aprelin əvvəlində Səudiyyə Ərəbistanı kralının Misirə səfəri zamanı iki ölkə dövlətlər arasında dəniz sərhədinin delimitasiyası üzrə saziş imzalamışdılar.

Sazişə əsasən, Qımızə dənizdə mübahisəli Tiran və Sanafir adaları Qahirənin idarəçiliyindən çıxarılaraq Ər-Riyada verildi.

Bundan sonra iki yerli vəkil adaların verilməsinə qarşı iddia qaldırıb. Adaların verilməsi haqqında saziş Misir parlamenti tərəfindən ratifikasiya edilməlidir. Bu arada Səudiyyə Ərəbistanının qanunverici orqanı olan Konsultasiya Şurası sazişi artıq təsdiq edib.

Femida.az

Açar sözlər:

Oxunub: 1293